FHN: Ötən sutka 18 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 18 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO
# 11 noyabr 2022 10:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 9-u uşaq və 9-u yaşlı olmaqla ümumilikdə 28 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR