FHN: Ötən sutka 19 yanğına çıxış olub, 13 nəfər xilas edilib

FHN: Ötən sutka 19 yanğına çıxış olub, 13 nəfər xilas edilib
# 17 noyabr 2022 10:31 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib, yanğın zamanı 2-si azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR