FHN: Ötən sutka 20 yanğına çıxış olub, 7 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 20 yanğına çıxış olub, 7 nəfər xilas edilib - VİDEO
# 11 yanvar 2023 11:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında metal borunun (navalça) bir hissəsinin qopması səbəbindən hər an yerə düşərək fəsadlar törətmə riski nəzərə alınaraq, xilasedicilər tərəfindən alpinist vasitələrindən istifadə edilməklə boru götürülərək sakinlər üçün təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR