FHN: Ötən sutka 29 yanğına çıxış olub, 6 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 29 yanğına çıxış olub, 6 nəfər xilas edilib - VİDEO
# 26 yanvar 2022 12:05 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Ucar rayonunun Bərgüşad kəndində “Opel” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol kənarındakı dərəyə aşaraq deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Hüseynova Məsumə Əbdülrəhman qızının meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR