FHN: Ötən sutka 31 yanğına çıxış olub

FHN: Ötən sutka 31 yanğına çıxış olub
# 12 sentyabr 2022 10:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA Nazirliyə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğınsöndürən-xilasedicilər tərəfindən Şəki şəhərinin Baş Zəyzid kəndində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyiti elektrik dirəyindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR