FHN: Ötən sutka 40 yanğına çıxış olub, 11 nəfər xilas edilib

FHN: Ötən sutka 40 yanğına çıxış olub, 11 nəfər xilas edilib
# 25 iyul 2022 10:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib. Yanğınlar zamanı 2 nəfərin meyiti aşkar olunub, 3 nəfər xəsarət alıb. Həmçinin, Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun meyiti Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR