FHN: Ötən sutka 55 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutka 55 yanğına çıxış olub, 6 nəfər xilas edilib
# 06 mart 2023 11:07 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 55 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “VAZ-2107” markalı minik avtomobil ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobilllərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR