FHN: Ötən sutka 88 yanğına çıxış olub

FHN: Ötən sutka 88 yanğına çıxış olub
# 29 iyun 2022 11:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 88 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər, o cümlədən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАЗ" markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub. Həmçinin, yanğınlar zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər (uşaq) ölüb, 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR