FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib
# 03 iyun 2023 11:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR