FHN: Ötən sutka ərzində 78 yanğına çıxış olub, 11 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka ərzində 78 yanğına çıxış olub, 11 nəfər xilas edilib - VİDEO
# 20 iyun 2022 10:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR