FHN: Partlayış baş vermiş binada itlərlə axtarış aparılıb, dağıntılar altından insan tapılmayıb - FOTO - VİDEO - YENİLƏNİB-4

FHN: Partlayış baş vermiş binada itlərlə axtarış aparılıb, dağıntılar altından insan tapılmayıb  - FOTO  - VİDEO  - YENİLƏNİB-4
# 02 yanvar 2023 19:23 (UTC +04:00)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

17:36

Bakı şəhərində Binəqədi rayonunda 18 mərtəbəli binada partlayışda həyatını itirən şəxsin kimliyi məlum olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, o, polis nəfəri Məhəmməd Babayev olub.

M.Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

***

17:07

Binəqədi rayonunda baş verən partlayış “Şaiq MTK”ya məxsus binanın 18-ci mərtəbəsində qeydə alınıb.

APA-nın xəbərinə görə, ilkin məlumata əsasən, partlayış mənzildə qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər partlayışın təsirindən 18-ci mərtəbədən yıxılaraq ölüb, 2 nəfər xəsarət alıb.

***

16:20

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

16:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

Əlavə məlumat veriləcək.

***

16:13

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada partlayış olub.

APA xəbər verir ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR