FHN: Qəbələdə meşədə itkin düşən şəxsin axtarışı davam edir - VİDEO

FHN: Qəbələdə meşədə itkin düşən şəxsin axtarışı davam edir - VİDEO
# 05 dekabr 2022 12:03 (UTC +04:00)

Xəbər verildiyi kimi, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR