FHN rəsmisi: "14-ü azyaşlı olmaqla 73 nəfər pasiyent təxliyə olunub" - VİDEO - FOTO

FHN rəsmisi: "14-ü azyaşlı olmaqla 73 nəfər pasiyent təxliyə olunub" - VİDEO  - FOTO
# 30 oktyabr 2022 02:12 (UTC +04:00)

Bakı Sağlamlıq Mərkəzinin zirzəmisindəki yanğında istifadəyə yararsız plastik əşyalar 50 kvadratmetr ərazidə yanıb.

APA xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, tüstülənmənin binada olan insanlara təsiri nəzərə alınaraq təxliyə prosesi həyata keçirilib.

“Ümumilkdə xəstəxanada 57 nəfər işçi olub. 14-ü azyaşlı olmaqla 73 müalicə alan pasiyent təxliyə olunub. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb”,- deyə Əkbər Novruzov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, yanğının söndürülməsinə 70 nəfər şəxsi heyət 14 texnika cəlb olunmuşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR