FHN “Sahil” metrostansiyasında təlim keçirib - FOTO

FHN “Sahil” metrostansiyasında təlim keçirib - FOTO
# 16 iyul 2022 11:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Sahil” stansiyasında təlim keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, təlimin mövzusu stansiyasının maşın zalının maili enişində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR