Xaçmazda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dənizdə ("Niyazoba" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Saat 19:19
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.