FHN xilasediciləri Kahramanmaraşda daha bir nəfərin meyitini dağıntılar altından çıxarıb - FOTO - YENİLƏNİB - VİDEO

FHN xilasediciləri Kahramanmaraşda daha bir nəfərin meyitini dağıntılar altından çıxarıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 09 fevral 2023 14:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl FHN xilasediciləri tərəfindən yaşlı qadının meyiti dağıntılar altından çıxarılaraq təhvil verilib.

***

10.20

Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində səhər saatlarında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, FHN xilasediciləri tərəfindən daha iki nəfərin meyiti dağıntılar altından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR