FHN Xocavənd, Füzuli və Cəbrayılda baş verən yanğın barədə məlumat yayıb - FOTO

FHN Xocavənd, Füzuli və Cəbrayılda baş verən yanğın barədə məlumat yayıb - FOTO
# 25 iyul 2022 12:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Xocavənd və Füzuli rayonları ərazisində, Cəbrayıl rayonu istiqamətində baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR