FHN: Yanğınların sayı azalıb

Aqşin Kazımov

© APA | Aqşin Kazımov

# 18 iyul 2022 11:12 (UTC +04:00)

"Ötən illə müqayisədə bu il yanğınların sayı azalıb".

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bu ilin ötən müddəti ərzində 700-dən çox kollektivlə görüşlərdə maarifləndirmə tədbirləri keçirilib:

"Bunun nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yanğınların baş verməsi ilə əlaqədar 145 fakt azalma müşahidə edilir. Hesab edirik ki, bu ümidverici rəqəmdir. Lakin bu tədbirlərə baxmayaraq, bildiyimiz kimi, dünyada qlobal istiləşmə var. Avropanın bir çox ölkələrində hərarət yüksəlib. Bu səbəbdən biz bu cür tədbirləri davam etdiririk. Aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər keçiririk”.

Rəis müavini qeyd edib ki, bu il ərzində respublikanın bütün regionlarında Fövqəladə Hallar, Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri geniş tədbirlər həyata keçirir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR