FHN Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışını davam etdirir

FHN Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışını davam etdirir
# 28 aprel 2022 15:37 (UTC +04:00)

Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batmış şəxsin axtarışları davam etdirilir.

APA xəbər verir ki, 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən aparılır.

Axtarışlara dünəndən başlanılıb.

Qeyd edək ki, aprelin 27-də FHN-in "112" qaynar telefon xəttinə 24 yaşlı Elməddin Orucovun Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR