Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında yol qəzası olub - VİDEO

Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında yol qəzası olub - VİDEO
# 15 sentyabr 2022 15:32 (UTC +04:00)

Füzuli rayonunda “VAZ 2106” markalı avtomobillə KİA markalı maşın toqquşub.

APA xəbər verir ki, hadisə Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında baş verib. Qəzanın baş verməsinə KİA markalı avtomobil hərəkətdə olarkən qarşındakı maşının sürücüsünün gözlənilmədən əyləci basması səbəb olub.

KİA-nın sürücüsü qəzadan yayınmaq üçün avtomobili yolun qarşı istiqamətinə çıxarsa da, əks yolla hərəkətdə olan “VAZ 2106” ilə toqquşub.

Hadisə nəticəsində Füzuli rayonu “Qayıdış 7” qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Vüsal Nazim oğlu Nəcəfov və Beyləqan rayonunun Mil qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Fariz Gülverdi oğlu Rzayev xəsarət alıblar.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fariz Rzayevin vəziyyəti ağır olduğu üçün Bakıya göndəriləcəyi gözlənilir.

Semral Cavad

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR