Füzuli xəstəxanasının əməkdaşı xidməti otağında döyülüb - FOTO

Əliyev Vüqar Abbasəli oğlu

© APA | Əliyev Vüqar Abbasəli oğlu

# 06 may 2022 09:44 (UTC +04:00)

Füzuli Mərkəzi Rayon Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əliyev Vüqar Abbasəli oğlu döyülüb.

Bu barədə APA-ya Vüqar Əliyev özü məlumat verib.

O bildirib ki, ötən gün saat 16 radələrində, Füzuli rayon sakinləri Orxan Əliyev, atası Oktay Əliyev və yaxın qohumları xidməti otağına gələrək onu təhqir edib, naməlum səbəbdən fiziki xəsarətlər yetirərək döyüblər: "Oktay Əliyev bizim xəstəxanada feldşer kimi çalışıb, lakin yaş həddi ilə bağlı onun əmək müqaviləsinə xitam verilib. Buna etiraz edərək övladı Orxan Əliyev və yaxın qohumları ilə birlikdə məni döyərək xəsarət yetiriblər".

Vüqar Əliyev hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-ya bildirib ki, faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR