Füzulidə avtomobil yük maşınına çırpılıb, ölən var

Füzulidə avtomobil yük maşınına çırpılıb, ölən var
# 25 aprel 2022 13:32 (UTC +04:00)

Füzulidə ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, aprelin 24-də saat 22 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Elşad Kamilzadə idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Q. Cəfərovun idarə etdiyi “MAZ” markalı avtomobilə vurub.

Nəticədə E. Kamilzadə hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR