Füzulidə iki avtomobil toqquşub, ölən var

Füzulidə iki avtomobil toqquşub, ölən var
# 13 may 2022 12:30 (UTC +04:00)

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 12-də saat 19 radələrində rayonunun Qayıdış 1 qəsəbəsi ərazisində C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR