Füzulidə kanalda kişi meyiti aşkarlanıb

Füzulidə kanalda kişi meyiti aşkarlanıb
# 04 iyul 2022 21:57 (UTC +04:00)

Füzulidə kanalda kişi meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR