Füzulidə traktor aşıb, ölən var

Füzulidə traktor aşıb, ölən var
# 23 sentyabr 2019 11:15 (UTC +04:00)

Füzulidə tarlada bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 21-də saat 18 radələrində Füzuli rayonu Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR