Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB

Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB
# 16 fevral 2021 20:25 (UTC +04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclas çox məhsurdar keçib:

"İclası komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclada ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunurdu. Müzakirələr aparıldı. Güman ki, bir neçə dəfə iclaslarımız olacaq. Təxminən bu gün 100 artıq müraciətə baxıldı. Komissiya ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracaq".

***

Saat 17:42

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

APA xəbər verir ki, iclas videoformatda qruplar halında baş tutub.

İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR