Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB 1

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB 1
# 19 fevral 2021 19:19 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Bundan əlavə, iclasda Baş Prokuror, Ali Məhkəmənin sədri və Ombsudman da iştirak edib. Komissiyanın işi məhsuldar oldu. 100-dən artıq müraciətə baxıldı. Bu müraciətlər əsasən əcnəbilər və hərbi qulluqçularla bağlı müraciətlər idi. Hər müraciət ətrafında xeyli müzakirələr aparıldı. Əvvələr komissiyada Ali Məhkəmənin və Baş Prokurorluğun məhkumlarla bağlı rəyi olurdusa, indi artıq Prezident Admirstrasiyasının şöbələrinin və digər hüquq-mühafizə orqanlarının rəyi də bildirilib. Bu baxımdan hər bir müraciətə ətraflı yanaşmaq, eyni zamanda komissiyanın hər bir üzvünün fikrini öyrənmək baxımından münbit bir şərait yaranıb. Komissiya bu templə işləsə, Novruz bayramına qədər bütün hazır müraciətlərə baxılması mümkün olacaq. Tam siyahı ölkə Prezidentinə təqdim olunacaq”.

***

17:40

Baş Prokuror Kamran Əliyev Əfv Komissiyasının iclasına qatılıb.

APA-nın məlumatına görə, Baş prokuror, Ali Məhkəmənin sədri və İnsan Hüquqları üzrə Müvəkkili (Omdusman) komissiyanın üzvü olmasalar da, iclaslarda iştiraka dəvət olunurlar.

Bugünkü iclasda Baş Prokuror Kamran Əliyev iştirak edərək, bəzi məsələlərə münasibət bildirib.

Əfv Komissiyasının yeni tərkibdə fevralın 16-da keçirilmiş ilk iclasında Ombudsman Səbinə Əliyeva iştirak etmişdi.

İclas davam edir.

***

15.14

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası başlayıb.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR