Əfv Komissiyasının sonuncu iclasının vaxtı məlum olub

Əfv Komissiyasının sonuncu  iclasının vaxtı məlum olub
# 15 mart 2021 10:01 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırır.

Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, sonuncu iclas martın 17-də keçiriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb.

Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR