Gədəbəy sakini arvadını balta ilə qətlə yetirib - VİDEO

Gədəbəy sakini arvadını balta ilə qətlə yetirib - VİDEO
# 06 dekabr 2022 14:28 (UTC +04:00)

Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR