Gədəbəydə oğlanlarını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB-1

Gədəbəydə oğlanlarını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB-1
# 06 fevral 2023 11:16 (UTC +04:00)

DİN Gədəbəydə atanın övladlarını bıçaqlaması barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayonun İvanovka kənd sakinləri olan 2 nəfərin əlinin bıçaqla kəsilmiş yarası alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, İvanovka kənd sakini Yaşar Mustafayev içkili halda həyat yoldaşı ilə mübahisə zamanı yetkinlik yaşına çatmayan övladları yüngül xəsarət alıblar. Y.Mustafayev saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

***

5 fevral, 20.23

Gədəbəydə atanın övladlarına bıçaqla xəsarət yetirməsinin təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlunatına görə, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.

***

20.15

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR