Gədəbəydə avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Gədəbəydə avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb
# 20 yanvar 2022 18:15 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızıl Torpaq kəndində qeydə alınıb. Hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 1974-cü il təvəllüdlü Məmmədov İlqar, onun həyat yoldaşı Məmmədova Hicran və onların övladı, 2010-cu il təvəllüdlü Məmmədov Röyal xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qəzaya yolu qarlı olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR