Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb

Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb
# 02 yanvar 2022 08:34 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonu Saratovka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR