Gədəbəydə evə basqın olub, ana və oğlu xəsarət alıb

Gədəbəydə evə basqın olub, ana və oğlu xəsarət alıb
# 29 yanvar 2022 13:28 (UTC +04:00)

Gədəbəydə evə basqın olub.

APA xəbər verir ki, hadisə ötən gün rayonun Daryurd kəndində qeydə alınıb.

Kənd sakinləri Şirzad İsmayılov və anası Zəmər İsmayılova polisə müraciət edərək, axşam saatlarında evdə olarkən naməlum şəxsin mənzillərinə basqın etdiyini, onlara xəsarətlər yetirərək evdən 200 manat pul götürdüyü bildiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib və tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR