Gəncə-Göygöl yolunda avtobusla iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Gəncə-Göygöl yolunda avtobusla iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO
# 31 oktyabr 2022 13:13 (UTC +04:00)

Gəncə-Göygöl yolunda zəncirvarı qəza baş verib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, “İsizu” markalı sərnişin avtobusu, “VAZ 2107” və “Volkswagen Passat” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 1941-ci il təvəllüdlü Cəfərov Alim Müslüm oğlu, 1992-ci il təvəllüdlü Bayramov Aqil Ağayar oğlu və 2006-cı il təvəllüdlü Hüseynov Elmir Ceyhun oğlu xəstəxanaya yerləşdirilib.

Digər 2 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR