Gəncə hadisələrinə görə tutulan daha 4 nəfər azadlığa buraxılıb

Gəncə hadisələrinə görə tutulan daha 4 nəfər azadlığa buraxılıb
  • Clock-gray 12:26
  • calendar-gray 30 Sentyabr 2019

Bu gün Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" ilə əlaqədar Şahin Verdiyev, Elmir Hüseynzadə, Asif Cavadov, Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu qrupun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçən məhkəmə iclasında hökm oxunub.
 
Hökmə əsasən, Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8,  Mirzə Hüseynov 5, Asif Cavadov 5 il azadlıqdan məhrum edilib. 

Vüqar Hüseynov, Emil Məmmədov azadlığa buraxılıblar. Bundan başqa, məhkəmənin qərarı ilə Şahin Verdiyev 2 il, Elmir Hüseynzadə 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date