Gəncə iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb

Gəncə iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb
# 20 oktyabr 2019 15:06 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “VAZ 2106” markalı avtomobilin sürücüsü X. Bayramovun vəziyyətin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR