Gədəbəydə mal-qara oğurlayan şəxs həbs olunub

Gədəbəydə mal-qara oğurlayan şəxs həbs olunub
# 15 noyabr 2019 12:51 (UTC +04:00)

Gədəbəydə inək oğurlayan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş M.İsmayılovun və A.Tağıyevin ətraflarında Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cabbarovla birgə 2018-ci ilin avqust ayının 12-də Parakənd kəndinin ərazisində yerləşən otlaq sahəsindən 4 kənd sakininə məxsus, ümumilikdə 15 baş inəyi oğurlamaları da müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Cabbarov da saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR