Gəncə sakini arvadını qətlə yetirib - YENİLƏNİB

Gəncə sakini arvadını qətlə yetirib - YENİLƏNİB
# 04 iyun 2022 18:44 (UTC +04:00)

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

18.16

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın xəstəxanada keçinib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR