Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini Hüseyn Hüseynov gecə saatlarında yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən 4 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir. Faktla bağlı araşdırma aparılır.