Gəncə sakinində silah-sursat aşkarlanıb

Gəncə sakinində silah-sursat aşkarlanıb
# 03 dekabr 2022 13:05 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Bağırzadə saxlanılaraq ŞBPİ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 5 ədəd qumbara partladıcı fitil, 5 ədəd tapança gülləsinin gilizləri aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR