Gəncə sakininin gözünə yumruqla xəsarət yetirən şəxs həbs olunub - YENİLƏNİB - FOTO

Gəncə sakininin gözünə yumruqla xəsarət yetirən şəxs həbs olunub - YENİLƏNİB  - FOTO
# 01 iyun 2023 17:14 (UTC +04:00)

Gəncə sakininə gözündən ağır xəsarət yetirən şəxs həbs olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə Elçin Fərhadzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

12.46

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR