Gəncə sakinləri Samuxda oğurluq edərkən saxlanıb

Gəncə sakinləri Samuxda oğurluq edərkən saxlanıb
# 24 sentyabr 2019 08:41 (UTC +04:00)

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 9-dan 10-na keçən gecə Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət edən şəxslər tutulub.

APA-nın yerli bürsonun məlumatına görə, saxlanılan şəxslər Gəncə şəhər sakinləri - əvvəllər məhkum ounmuş 26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədovdur.

Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxslər Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət etdikdən bir həftə sonra Qarayeri qəsəbəsində daha bir mağazadan oğurluq ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub və Samux rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa istintaq zamanı maddi sübutun bir qismi polis tərəfindən götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onların oğurluq yolu ilə əldə etdikləri tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib. Hazırda saxlanılan şəxslərin digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR