Gəncə, Samux  və Göygöl sakinləri dəm qazından zəhərlənib

Gəncə, Samux  və Göygöl sakinləri dəm qazından zəhərlənib
# 31 dekabr 2021 17:47 (UTC +04:00)

Gəncə, Samux və Göygöl sakinləri dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, Gəncədə gənc qız dəm qazından zəhərlənib.
Hadisə şəhərin İ.Əfəndiyev küçəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Zərquş Heydarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Digər zəhərlənmə hadisəsi Göygöl rayonu Xasabağı kəndində qeydə alınıb. 1954-cü il təvəllüdlü Keyfi Salmanov xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun dəm qazından zəhərlənməsi məlum olub. 67 yaşlı kişi yaşadığı evin vanna otağında dəm zəhərlənib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Analoji hadisə Samux rayonunda da baş verib. Rayon sakini 1945-ci il təvəllüdlü Həmzə Həmzəyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR