Gəncədə 16 yaşlı gənc 17 yaşlı oğlanı bıçaqlayıb - YENİLƏNİB - VİDEO

Gəncədə 16 yaşlı gənc 17 yaşlı oğlanı bıçaqlayıb  - YENİLƏNİB  - VİDEO
# 02 may 2022 01:45 (UTC +04:00)

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə 17 yaşlı oğlanı 2006-cı il təvəllüdlü S.Hüseynov bıçaqlayıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, tərəflər arasında mübahisə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Saat 22:12

***

Gəncədə bıçaqlanma baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.

2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR