Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
# 05 avqust 2022 21:04 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynov Qəzənfər Rasim oğlunu, yaşadığı evdə elektrik cərəyanı vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə Q.Hüseynov nasosla həyətyanı sahəni suvarmaq istəyən zaman ehtiyatsızlıqdan naqillərə toxunub.

Bu zaman onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR