Gəncədə 55 yaşlı qadını maşın vurub

Gəncədə 55 yaşlı qadını maşın vurub
# 12 may 2022 08:33 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolun qarşı tərəfinə keçmək istəyən piyada 1967-ci il təvəllüdlü Əntiqə Musayevanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR