Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Şəmistan Məmmədov ağacdan tut yığan zaman onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.