Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
# 26 noyabr 2022 11:05 (UTC +04:00)

Noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Xəstə dərhal əməliyyat olunub.

O qeyd edib ki, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR