Gəncədə anbarda yanğın olub

Gəncədə anbarda yanğın olub
# 10 avqust 2022 15:03 (UTC +04:00)

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan anbarın tavan örtüyü 30 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, anbarın qalan hissəsi, içərisində olan 15 ton məhsul yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR