Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb
# 29 aprel 2022 21:00 (UTC +04:00)

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.

Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR